
"Zirə" müdafiəçisi Qismət Alıyev ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, məlumatı qəsəbə təmsilçisinin mətbuat xidməti yayıb.
Kapitanla yeni anlaşmanın müddəti 2 illikdir.
Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan 29 yaşlı cinah müdafiəçisi 2020-ci ildən "Zirə"də çıxış edir.