
"Araz-Naxçıvan"a baş məşqçi təyin olunan Cavid Hüseynovun yeni komandasındakı köməkçilərindən biri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Vadar Nuriyev onun məqşçilər korpusunda yer alacaq.
Nuriyev 2023-cü ildən Muxtar Respublika təmsilçisində çalışır. O vaxt "Neftçi"ni "Araz-Naxçıvan"a dəyişən Nuriyev komandadakı bir neçə baş məşqçi ilə birgə çalışıb. 2023-cü ilin yayında Azər Bağırova köməkçi təyin olunan Nuriyev daha sonra Elmar Baxşıyev və Andrey Demçenkonun məşqçi korpusunda yer alıb.
Cavid Hüseynovun digər köməkçilərinin adları hələ dəqiqləşməyib. O, yeni köməkçilərini özü ilə gətirəcək.
Artıq növbəti mövsümlə bağlı təşkilati işlərə start verən "Araz-Naxçıvan"ın hazırlıq planı dəqiqləşməsə də, təlim-məşq toplanışının iyulun 1-də başlayacağı gözlənilir.
Mirağa