
"İmişli"nin yeni yaradılan U-19 komandasının baş məşqçisinin adına aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisinin gənclər komandasını Vüqar Əsgərli çalışdıracaq.
2024-cü ildən "Qarabağ"ın akademiyasında çalışan mütəxəssis artıq baş məşqçisi olduğu U-17 komandasından ayrılıb.
Ümumiyyətlə, "İmişli"nin akademiyasında vacib təyinatlar reallaşıb. Əvəzedici komandaya Ruhid Usubov təyin olunub. Akademiyanın seleksiya işlərinə isə Rövşən Babayev rəhbərlik edəcək.
Mirağa