
Bu gün ÇL və AL ilə yanaşı, Konfrans Liqasında da 2026/2027 mövsümünün birinci təsnifat mərhələsinin püşkü atılacaq.
Fanat.Az xəbər verir ki, CAS-ın məlum qərarından sonra KL-də "Turan Tovuz"u əvəz edəcək "Zirə"nin bu mərhələdəki rəqibi bəlli olacaq.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq püşk zamanı "Zirə" səpələnmişlər səbətində yer alacaq.
"Qartallar"ın bu raunddakı potensial rəqibləri “Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Yelimay” (Qazaxıstan), "Elbasani" (Albaniya) və "Petrovaç" (Monteneqro) klublarıdır.
Konfrans Liqasındakı digər təmsilçimiz "Neftçi" isə ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Səpələnməmişlər səbətində yer alacaq "ağ-qaralar"ın rəqibi sabah müəyyənləşəcək.
Xatırladaq ki, UEFA Konfrans Liqasında birinci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq.