
"Qarabağ" Kevin Medina ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı kolumbiyalı müdafiəçi isə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Arxa xətt oyunçusunun müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.
Medina 2020-ci ildən "köhlən atlar"ın formasını geyinirdi.