
Bu gün UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Fanat.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq tədbirdə "Neftçi"nin, o cümlədən ilk mərhələdən mübarizəyə qoşulacaq "Zirə"nin potensial rəqibi bilinəcək.
Artıq təmsilçilərimizin mümkün rəqiblərinin siyahısı dəqiqləşib. "Neftçi"nin potensial rəqibləri "Ludoqorets" (Bolqarıstan), "Rakuv" (Polşa), "Apollon" (Kipr) klublarından, həmçinin ilk təsnifat mərhələsində üz-üzə gələcək "Dinamo" (Albaniya) - "Astana" (Qazaxıstan), "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütlərinin qaliblərindən biri olacaq.
"Zirə"yə gəlincə, "qartallar" "Torpedo" (Gürcüstan) səddini keçəcəyi halda, AEK (Kipr), "ÇFR Kluj" (Rumıniya), "Spartak" (Slovakiya) klublarından biri və ya "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, KL-də ikinci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.