
Futbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün mundialda 2-ci tur start götürəcək.
Əvvəlcə A qrupunda yarışan Çexiya ilə Cənubi Afrika Respublikası (CAR) üz-üzə gələcək. Atlantada təşkil olunacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşmanı ABŞ-dən olan hakim Tori Penso idarə edəcək.
Xatırladaq ki, Çexiya ilk turda Cənubi Koreyaya 1:2, CAR isə Meksikaya 0:2 hesabı ilə uduzub.
Günün digər qarşılaşması da ABŞ-də baş tutacaq. B qrupunda mübarizə aparan İsveçrə ilə Bosniya və Herseqovina saat 23:00-da qarşılaşacaqlar. Portuqaliyalı referi Joau Pedru ədaləti qoruyacaq.
Hər iki komanda ilk turda 1:1-lik heç-heçəyə razılaşıb. İsveçrə Qətərlə, bosniyalılar isə Kanada ilə sülh bağlayıb.
DÇ-2026
2-ci tur, 18 iyun
A qrupu
20:00. Çexiya – Cənubi Afrika
Baş hakim: Tori Penso (ABŞ).
Atlanta (ABŞ). "Mercedes-Benz" stadionu.
B qrupu
23:00. İsveçrə – Bosniya və Herseqovina
Baş hakim: Joau Pedru (Portuqaliya).
İnqlvud (ABŞ). "So-Fi" stadionu.