
"Osasuna"nın hücumçusu Viktor Munyos tezliklə "Liverpul"un oyunçusu olacaq.
Fanat.Az xəbər verir ki, bunu tanınmış insayder Fabrizio Romano sosial media hesabı üzərindən paylaşaraq yayıb.
Mənbənin məlumatına görə, "qırmızılar"ın rəhbərliyi 22 yaşlı ispaniyalı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb və artıq La Liqa klubunu 40 milyon avroya satınalma seçiminin aktivləşdirilməsi barədə məlumatlandırıb.
Həmçinin qeyd olunub ki, "Nyukasl"ın da transfer etmək istədiyi Munyos "qırmızılar"la 2032-ci ilin yayına qədər şəxsi müqaviləyə "hə" deyib. Gənc futbolçunun hüquqlarının 50 faizi "Real Madrid"ə məxsus olduğundan, "Osasuna" oyunçusu üçün 20 milyon avro alacaq.
Munyos ötən mövsüm 36 oyunda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.