
"Şəfa"nın bu gün yollarını ayırdığı futbolçulardan biri özünə yeni klub tapıb.
Fanat.Az-ın əldə etdiyi xəbərə görə, müdafiəçi Vüqar Həsənov karyerasını Premyer Liqanın digər təmsilçisində davam etdirəcək.
O, "İmişli" ilə anlaşıb. Bölgə klubu 28 yaşlı oyunçunun keçidini tezliklə açıqlayacaq.
Vüqar Həsənov "Şəfa"dan əvvəl "Mingəçevir", "Qəbələ", “Səbail”, "Şamaxı-2", "Neftçi-2" və "Kəpəz"də də forma geyinib.
Mirağa