
Futbol üzrə 23-cü dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün mundialda 2-ci turun daha bir oyunu baş tutacaq.
Meydan sahiblərindən olan ABŞ Avstraliya ilə üz-üzə gələcək. Sietldə təşkil olunacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı Almaniyadan olan hakim Feliks Zvayer idarə edəcək.
Xatırladaq ki, hər iki komanda ilk turda qələbə qazanıblar. Amerikalılar Paraqvayı (4:1), avstraliyalılar isə Türkiyəni (2:0) hesabı ilə məğlub ediblər. Başqa sözlə, bugünkü görüşdə qalib gələn tərəf pley-offa vəsiqəni erkən təmin edəcək.
Qrupun digər cütünün - Türkiyə ilə Paraqvayın görüşü iyunun 20-si Bakı vaxtı ilə saat 07.00-da baş tutacaq.
DÇ-2026
2-ci tur, 19 iyun
D qrupu
23:00. ABŞ – Avstraliya
Baş hakim: Feliks Zvayer (Almaniya)
Sietl (ABŞ). "Lumen Field" stadionu.