
ABŞ, Kanada və Meksikada təşkil olunan sayca 23-cü dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun keçiriləcək.
Əvvəlcə F qrupunda mübarizə aparan Niderland və İsveç milliləri üz-üzə gələcəklər. ABŞ-də baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəəck.
E qrupunda isə Almaniya millisi Fil Dişi Sahili yığmasını sınağa çəkəcək. Bakı vaxtı ilə 00:00-da Kanadada qarşılaşacaq komandaların duelində ədaləti paraqvaylı hakim qoruyacaq.
Xatırladaq ki, iyunun 11-də başlayan mundiala iyulun 19-da yekun vurulacaq.
DÇ-2026
2-ci tur, 20 iyun
F qrupu
21:00. Niderland - İsveç
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hyuston (ABŞ). "En-Er-Ji Stadium".
E qrupu
00:00. Almaniya - Fil Dişi Sahili
Baş hakim: Xuan Qabriel Benites (Paraqvay).
Toronto (Kanada). "Bi-Em-O Fild".