
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, ötən gecə mundialda daha iki oyun baş tutub.
Hər iki matçda 4 qol qeydə alınıb.
H qrupunda Uruqvay - Kabo Verde görüşündə qalib müəyyənləşməyib. Debütantlar adlı-sanlı rəqibini büdrətməyi bacarıblar.
G qrupunda isə Yeni Zelandiya ilə Misirlə üz-üzə gəlib. Məhəmməd Salahın komandası hesabda geri düşməsinə baxmayaraq, əzmkar qələbə qazanmağı bacarıb.
DÇ-2026
2-ci tur
22 iyun
H qrupu
Uruqvay - Kabo Verde 2:2
Qollar: Maksimiliano Araujo, 44. Aqustin Kanobbio, 45+6 – Kevi Pina, 21. Varela, 61.
G qrupu
Yeni Zelandiya - Misir 1:3
Qollar: Finn Surman, 15 - Mustafa Ziko, 58. Məhəmməd Salah, 67. Trezeqe, 82.
Xatırladaq ki, DÇ-2026 iyunun 11-də başlayıb. Mundialdakı mübarizə 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.