
Belçika milli komandasının baş məşqçisi Rudi Qarsiya dünya çempionatında İranla 0:0 hesablı heç-heçə ilə başa çatan oyun barədə təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, onun fikirlərini HLN belə çatdırıb:
"Bu gün effektli deyildik. Topa 70 faiz sahib olduq, amma dərinlik çatışmırdı. Əvəzetmədən meydana daxil olanlar oyuna dinamika və təravət qatdılar, amma on nəfərlə həmişə çətin olur. Bunun birbaşa təsiri var. Lakin futbolda bütün ssenarilərə hazır olmaq lazımdır. Hazırda ən vacib şey Yeni Zelandiya ilə oyundur. Mən komandama inanıram".
Qeyd edək ki, belçikalılar ilk iki oyunda iki xal qazanıblar. Onlar bundan əvvəl Misirlə heç-heçə etmişdilər .
Yeni Zelandiya ilə qrup mərhələsinin həlledici oyunu iyunun 27-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.