
Futbol üzrə 23-cü dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün mundialda 2-ci turun daha iki oyunu keçiriləcək.
Hər iki görüş ABŞ-də baş tutacaq. Əvvəlcə K qrupunda Portuqaliya millisi debütant Özbəkistanı sınağa çəkəcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmanı mərakeşli referi Calal Cayed idarə edəcək.
Portuqaliya ilk turda Konqo DR ilə bərabərə (1:1) qalıbsa, Özbəkistan Kolumbiyaya 1:3 hesabı ilə uduzub.
Gecəyarısı isə L qrupunda yarışan İngiltərə və Qana seçmələri üz-üzə gələcəklər. Honduraslı Said Martines görüşün start fitini Bakı vaxtı ilə 00:00-da səsləndirəcək.
Qeyd edək ki, İngiltərə mundiala Xorvatiya üzərində 4:2 hesablı qalibiyyətlə başlayıbsa, Qana ilk turda Panamanı (1:0) üstələyib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq.
DÇ-2026
2-ci tur
23 iyun
K qrupu
21:00. Portuqaliya – Özbəkistan
Baş hakim: Calal Cayed (Mərakeş).
Hyuston (ABŞ). "NRG Stadium".
L qrupu
00:00. İngiltərə - Qana
Baş hakim: Said Martines (Honduras).
Foksboro (ABŞ). "Gillette Stadium".