
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel dünya çempionatının qrup mərhələsinin ikinci turunda Qana ilə heç-heçə (0:0) etdikləri oyun haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, FİFA-nın rəsmi saytı almaniyalı mütəxəssisin dediklərini belə təqdim edib:
"Qalib gəlməyə layiq idik. Bu cür passiv müdafiə olunan komandalara qol vurmaq çətindir. Matç səbir oyununa çevrilmişdi. İlk hissədə çox çalışdıq, temp və intensivliyimiz var idi, amma sadəcə qol vura bilmədik. Onların əks-hücumlarını dayandırmaq üçün isə əla iş gördük. Əvəzetmədən oyuna qoşulanlardan da razı qaldım. Sonda iki əla şansımız oldu, fərxqələ bilmədik. Panama ilə oyuna dörd gün var, nə etməli olduğumuzu düşünəcəyik".
Qeyd edək ki, İngiltərə millisi 2 turda 4 xal toplayıb və turnir cədvəlində liderdir. Bununla belə, Tuxelin komandası pley-offa vəsiqəni rəsmiləşdirməyib.
Mirağa