
Portuqaliya milli komandası dünya çempionatının qrup mərhələsinin ikinci turunda Özbəkistan millisini 5:0 hesabı ilə məğlub edərək liderliyi ələ almaqla yanaşı, baş məşqçisinə də tarixi uğur qazandırıb.
Fanat.Az xəbər verir ki, bu, Portuqaliyanın baş məşqçi Roberto Martines üçün mundialda səkkizinci qələbə olub.
"Spain NT"-nin hesablamasına görə, beləliklə, mütəxəssis dünya çempionatlarındakı qələbə sayında Visente del Boskeni (7) geridə qoyaraq ispan məşqçiləri arasında yeni rekordçu olub.
Roberto Martines 2023-cü ildən Portuqaliya milli komandasını çalışdırır. O, DÇ-2026-dan sonra komandadan ayrılacaq.