
1-ci Liqa təmsilçisi "Səbail" yeni mövsümün hazırlığını ölkə xaricində keçməyə hazırlaşır.
Bunu Fanat.Az-a bakılıların baş məşqçisi Elnur Abdullayev açıqlayıb.
40 yaşlı mütəxəssis hazırlıq planları ilə bağlı belə danışıb:
"Heyəti yığandan sonra hazırlığa başlamağı planlaşdırırq. İyulun 27-si bir araya gələcəyik. Avqustun 1-dən intensiv məşqlərə start verməyi düşünürük. İlk həftə məşqlər Bakıda olacaq. Bundan sonra ölkə xaricinə, konkret, Türkiyəyə getmək istəyirik. Rəhbərlik bu yöndə iş görür, mənə xəbər verəcəklər. Yeri gəlmişkən, rəhbərliyə minnətdarlığımı bildirirəm. Həm mənə inandıqları üçün, həm də çempionluq hədəfimizə çatmaq yönündə göstərdikləri səyə görə".
Qeyd edək ki, "Səbail" ötən mövsüm I Liqanı 3-cü yerdə başa vuraraq Premyer Liqaya yüksəlmək şansından məhrum olub.
Mirağa