
Məşhur İspaniya klubu "Deportivo" adını dəyişib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
"Deportivo La Korunya" "şeytan dəyişikliyi"nə əl atıb. Belə ki, klub rəhbərliyi kiçik dəyişikliyə əl atılaraq adı "Deportivo de La Korunya" kimi qeydiyyatdan keçirib. Buna səbəb şəhərin adının brend kimi istifadə edilməsinin bir müddətdir Qalisiyada rəsmi olaraq qadağan edilməsi olub. Buna görə də yüngül ad dəyişmə prosesi həyata keçirilib.
Xatırladaq ki, klub yeni mövsümü İspaniya La Liqasında keçirəcək.