
Cənubi Koreya prezidenti Li Ce Myonq Mədəniyyət, İdman və Turizm Nazirliyindən milli komandanın DÇ-2026-nın qrup mərhələsindən sonra mübarizədən kənarlaşdırılmasının səbəblərini araşdırmasını tələb edib.
Fanat.Az xəbər verir ki, o, bunu sosial media səhifəsində yazıb:
"Milli komandanın pley-off mərhələsinə vəsiqə qazana bilməməsi və ölkə vətəndaşlarına böyük məyusluq gətirməsi, görünür, təşkilatın idarəetmə və kadr siyasətindəki səhvlərin nəticəsi idi.
Dünya çempionatında iştirak etmək vətəndaşlardan əhəmiyyətli vergi daxilolmaları və geniş dövlət dəstəyi tələb etdiyindən, Mədəniyyət, İdman və Turizm Nazirliyindən bu hadisənin səbəblərini hərtərəfli araşdırmasını, səbəblərin ətraflı təhlilini aparmasını, gələcəkdə oxşar vəziyyətlərin qarşısını almaq üçün tədbirlər hazırlamasını və konkret islahat planı təqdim etməsini xahiş edirəm".
Li Ce Myonq əlavə edib ki, ölkə rəhbərliyi belə bir hadisənin bir daha təkrarlanmaması üçün idman idarəetmə sistemində təcili islahatlar aparacaq. O, həmçinin ölkə xalqından üzr istəyib.
Cənubi Koreya millisi A qrupunda 3 xal qazanıb və üçüncü yeri tutaraq 1/32 finala yüksələ bilməyib. Nəticədə millinin baş məşqçisi Honq Myonq Bo istefa verib.
Mirağa