
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, Uelsdə təşkil olunan turnirin həlledici mərhələsində 8 komanda 2 qrupda mübarizə aparır.
Ilk turda A qrupunda İspaniya Uelsi böyük hesabla (7:0) məğlubiyyətə uğradıb. Almaniya - Danimarka oyununda da 7 qol vurulub. Ancaq almanlar rəqibini minimal hesabla (4:3) üstələməyi bacara biliblər.
B qrupunda isə Ukrayna Xorvatiyadan (3:1), İtaliya isə Serbiyadan (2:0) güclü olub.
Hər iki qrupda ilk iki yeri tutaraq yarımfinala adlayacaq 4 komanda, eyni zamanda qrup üçüncüləri arasında baş tutacaq pley-offun qalibi 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahiblilyi edəcəyi FIFA U-20 dünya çempionatına vəsiqə qazanacaq.
Qeyd edək ki, U-20-lərin dünya çempionatı gələn ilin payızında keçiriləcək.