
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandasının dünya çempionatının finalına yüksəlməsini şərh edib.
Fanat.Az xəbər verir ki, "Lequipe" yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edən ispanların çalışdırıcısının fikirlərini belə çatdırıb:
"Bu hissi sözlə ifadə etmək çətindir, amma bu, saf sevincdir. Oyunçular inanılmazdırlar. Eyni ruhda davam etmək və daha yaxşı nəticələr əldə etmək istəyirik. Yalnız bir addımımız qalıb. Məqsədimizə çatmağa çalışacağıq. Çoxlu emosional gərginlik yaranıb. Dünya çempionatının finalına çıxmaq həm məsuliyyət, həm də imtiyazdır. Nə baş verdiyini anlamalı və bizi bura gətirən ideya ilə dörd il əvvəl başladığımız bu səyahəti düşünməliyik.
Biz fədakarlığı və və istedadı sayəsində bu uğura layiq olan bir komandayıq. Bunu izləmək əsl zövqdür. Yetirmələrim çətin şeyləri sadə göstərirlər. Mən onlarla fəxr edirəm, xoşbəxtəm".
Meksika, Kanada və ABŞ-da keçirilən DÇ-2026-ya 19 iyulda yekun vurulacaq. İspaniya millisi finalda İngiltərə - Argentina matçının qalibi ilə qarşılaşacaq.
Mirağa