
"Şamaxı” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi israilli yarımmüdafiəçi Teshager Degunu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə iki (1+1) illik müqavilə imzalanıb.
Qeyd edək ki, Teshager ən son İsrailin “İroni”si (Modin) klubunda olub.