
Naməlum şəxslər Lamin Yamalın evini qarət etməyə cəhd göstəriblər.
Fanat.Az "El Espanol" nəşrinə istinadən xəbər verir ki, hadisə İspaniya millisinin dünya çempionatının yarımfinalında Fransaya qalib gəldiyi görüşdən (2:0) sonra qeydə alınıb.
Oyun başa çatdıqdan sonra iki naməlum şəxs Yamalın evinə girməyə çalışıb.
Ancaq soyğunçuların əməllərini həyata keçirməsinə futbolçunun mühafizə qrupu mane olub. Təhlükəsizlik işçiləri müşahidə kameralarında hasarı aşmağa çalışan iki maskalı şəxsi müşahidə ediblər.
Şübhəli şəxslər hadisə yerindən uzaqlaşıblar. Bundan sonra polis idarəsinə müraciət edilib. Hüquq-mühafizə orqanları insidentlə əlaqədar istintaq aparır.
Əlisahib İbrahimli