
Çimərlik futbolu üzrə Azərbaycan millisinin üzvü Kamran Qürbətov karyerasını 2-ci Liqada davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı yarımmüdafiəçi "Şirvan"la anlaşıb.
O, bölgə təmsilçisi ilə 1 illik müqaviləyə razılaşıb.
Qürbətov peşəkar karyerasına "Sabah"ın əvəzedici komandasında başlayıb. Yarımmüdafiəçi daha sonra 1-ci Liqa təmsilçiləri "Şahdağ Qusar" və "Cəbrayıl"da çıxış edib. O, həmçinin minifutbol üzrə millinin də üzvüdür.
Qeyd edək ki, "Şirvan" ötən mövsüm debütantı olduğu 2-ci Liqanı 4-cü yerdə başa vurub.
Mirağa