
Türkiyə millisinin sabiq üzvü Emre Morun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı vinger Niderlandın "NEC Neymegen" klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, o, Türkiyə millisində keçirdiyi 15 oyunda 1 qol vurub. Emre karyerası ərzində "Borussiya Dortmund", "Nordsyelland","Qalatsaray" , "Selta", "Olimpiakos", "Fənərbağça", və "Eyüpspor"un formasını geyinib.
Əlisahib İbrahimli