
Azərbaycanlı cinah müdafiəçisi Toral Bayramovun da formasını geyindiyi “Bursaspor” növbəti yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, "yaşıl-ağlar" “Esenler Erokspor”la qarşılaşıb.
Görüşdə "Bursaspor" 2:0 hesabı ilə qalib gəlib.
Toral da bu matçda iştirak edib. 25 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və ikinci hissədə əvəzlənib.
Xatırladaq ki, Bayramov ötən ay “Qarabağ”dan “Bursaspor”a keçib. Sözügedən futbolçu 2021-ci ildən davamlı olaraq Azərbaycan millisinə dəvət alır.
Əlisahib İbrahimli