
Meksika futbolunun əfsanələrindən olan qapıçı Gilyermo Oçoa karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, 41 yaşında əlcəklərini divardan asan Oçoa bu barədə sosial media hesabında paylaşım edib.
"Bu arzumun məni nə qədər uzağa aparacağını təsəvvür edə bilməzdim. Bu gün yalnız qürurla geri baxıb "Təşəkkür edirəm" deyə bilərəm. Ailəmə, komanda yoldaşlarıma, hər addımda yanımda olan azarkeşlərə minnətdarlığımı çatdırıram. Milyonlarla insanın sevgisini və Meksika üçün hər şeyimi verdiyimə aid əminliyi özümlə aparıram. Yaşadığımızı heç kim bizdən ala bilməz. Hər şey üçün sizə ürəyimin dərinliyindən təşəkkür edirəm!".
Əfsanəvi qapıçı Meksika millisində 154 oyun keçirib. Oçoa həmçinin milli komanda ilə altı dünya çempionatında oynamaqla tarixə düşüb.
Mirağa