
"Fənərbağça"nın baş məşqçisi İsmayıl Kartalın "Qornik" ilə matçdan sonra komandada qalacağını bildirdiyi Fredlə bağlı sensasiyalı bir iddia ortaya çıxıb.
Fanat.Az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, mövsümün ilk rəsmi oyunundan sonra Fred, "sarı-lacivərdlilər"in rəhbərliyinə komandadan ayrılmaq qərarını bildirib.
Brazilyalı oyunçu, bir sıra ayrılıqların gözlənildiyi "Fənərbağça"dan mümkün gedişi ehtimal edilən oyunçular sırasında idi. Kartalın böyük etimad göstərdiyi oyunçu, 2026/2027 mövsümünün ilk rəsmi matçı olan "Qornik" ilə qarşılaşmada tam 90 dəqiqə meydanda oldu.
Matçdan sonra İsmail Fredlə bağlı suala birmənalı cavab verərək, təcrübəli oyunçunun bu mövsüm komandada qalacağını bildirdi.
Ancaq məlumata görə, "Atletiko Mineyro" və "Flamenqo"nun maraqlandığı oyunçunun meneceri onun komandadan ayrılması ilə bağlı danışıqlar aparmaq üçün İstanbula gəlib. Bildirilir ki, Fred ayrılmaq barədə qərarını "Fənərbağça" rəhbərliyinə çatdırıb.
Qeyd olunur ki, İstanbul təmsilçisinin də əcnəbi oyunçu kvotasında yer boşaltmaq üçün yaxşı təklif gələrsə, Fredin ayrılması fikrinə razıdır.
Xatırladaq ki, 33 yaşlı yarımmüdafiəçi "Fənərbaxça" ilə müqaviləsinin son ilinə qədəm qoyub.
Əlisahib İbrahimli