
"Real Madrid" bu həftə "Leypsiq"in yarımmüdafiəçisi Yann Diomande üçün Almaniya klubuna rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, Madrid nəhəngi Fil Dişi Sahili millisinin 19 yaşlı üzvü üçün 90 milyon avro və daha 10 milyon bonus təklif edib. Ancaq alman klubu təklifi rədd edərək 100 milyon funt sterlinqdən çox (təxminən 117 milyon avro) pul istəyib. Bununla belə, danışıqlar davam edir.
"Leypsiq"in yüksək məbləğ tələb etməsi təsadüfi deyil. Belə ki, Diomandeyə PSJ də müştəri çıxıb.
19 yaşlı futbolçu ötən mövsüm Bundesliqa klubunda 33 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.
Mirağa