16:47 24.07.2026 1018

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ" Sofiya ÇSKA-sı ilə qarşılaşıb. "Köhlən atlar" mümkün qol epizodlarından yaralana bilməyib və oyun 0:0 hesablı bərabərliklə bitib. Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb Bakıdakı matç və səfər qarşılaşması ilə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması isə belə oldu:

"ÇSKA-nın yaxşı presinqi var, amma onlarda hücum potensialı baxımından boşluqlar çox idi. Tez-tez top itkisinə yol verirdilər. Əslində, pressinq sayəsində "Qarabağ"ın hücumlarını qarşısını alır və topu ələ keçirdirdilər. Lakin topu qazansalar da, bunu potensial qol imkanına çevirə bilmirdilər. Əslində, eyni şeyi Ağdam təmsilçisi barədə də demək olar. Komandamız meydanın mərkəzində tez-tez top itirirdi. İstər Bikalyo olsun, istər Yankoviç... Rəqibin təzyiqi, müdafiə olunması, özlərini oyuna kökləmələri, motivasiyaları çox yüksək idi. Ancaq keyfiyyət olaraq, xüsusilə də hücum planında çətinlik çəkirdilər. "Qarabağ"ın yeniləri isə məncə, hələ gedən oyunçuların yoxluğunu unutdura bilməyiblər. Yenilər tam uyğunlaşmayıblar, o dinamikaya düşməyiblər. Ümumiyyətlə, mənə elə gəlir ki, "Qarabağ"ın oyun üslubunu hələ tam anlaya bilməyiblər. Çünki açıq-aşkar bəzi məqamlarda bir-birlərini başa düşmədikləri görünürdü. Zubirin bu oyunda performansı o qədər də yaxşı deyildi. Demək olar ki, birəbir mübarizələr zamanı kimisə keçmədi.

Hər iki komandanın üstün və zəif tərəfləri var idi. "Qarabağ"ın özünəxas oyun üslubu, Avropada böyük təcrübəsinin olması onun üstün tərəfi idi. Amma oyunçular bir-birlərini anlamaq baxımından əziyyət çəkirdilər. Dörd-beş mövqe birdən-birə dəyişilib.  Yeni oyunçuların bir-birlərini başa düşməməsi hələki normal haldır. Rəqib komandanın güclü tərəfi isə yüksək motivasiyaları, ikili mübarizələrdə "köhlən atlar"ı üstələmələri idi. Lakin bunu qola çevirə bilməmələri, hər iki-üç pasdan sonra top itirmələri onların zəif tərəfi idi. Hansısa komandanı fərqləndirmək düzgün olmaz. Hər iki tərəf belə oyunla heç-heçəyə layiq idi.

Cavab oyununa gəldikdə isə mənə elə gəlir ki, "Qarabağ" üçün daha rahat ola bilər. Bolqarların belə bir pressinqdə qırmızı vərəqə almaq ehtimalı yarana bilər. Onlar böyük qüvvə ilə hücuma atıla bilərlər ki, bu da onlar üçün dezavantaj olar. Təmsilçimiz isə fiziki cəhətdən, sürət baxımından daha üstün ola bilər. Revanş matçının Bakıdakı oyundan asan keçəcəyini düşünürəm. Mənə elə gəlir ki, rəqib meydanda biz qalib gələcəyik".

Qeyd edək ki, tərəflərin cavab oyunu iyulun 30-da Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 Sentyabr 2026
00:49

"Barselona"nın ulduzu üçün şok təklif

20 Sentyabr 2026
23:58

"Fənərbağça"dan tarixi rekord

23:15

"Yuventus"un qapıçısı zədələndi

22:54

"Arsenal"da Noni Madueke böhranı: Yanvarda ayrılır?

22:12

PSJ hücum xəttini saxlayır: 3 ulduzla yeni müqavilə danışıqları

21:42

“Kəpəz” Gəncədə həmişə bir nömrə olub" - Azər Məmmədov

21:25

Filipe Kandido "Kəpəz"lə matçdan sonra nə danışdı?

20:54

MPL: "Şamaxı" "Araz-Naxçıvan"ı yendi, Gəncədə qalib tapılmadı

20:13

Dariyo Srna pərdəarxasını açdı: Mudrik "Arsenal"a keçmək istəyirdi

19:48

"Barselona" Erlinq Holann xəyalından əl çəkmir

19:08

Azər Bağırov "Araz-Naxçıvan"la oyunu belə şərh etdi

18:50

"İlk 6 turluq dövr bizim üçün uğursuz oldu" - Zaur İsmayılov

18:11

"Barselona" Jül Kunde üçün Premyer Liqaya yaşıl işıq yandırdı

17:57

2-ci Liqa: "Şirvan"dan darmadağın, mərkəzi oyunu "Marafon" qazandı

17:12

Cud Bellinqem "Real Madrid"lə yeni müqavilə imzalayacaq

16:36

Anri "Qalatasaray"ı təkbaşına çökdürən Salahın tərifini göyə qaldırdı: "İndi hər kəs görür ki..."

16:02

De Zerbi "Tottenhem"i sərt tənqid etdi: "Mən heç vaxt belə şey görməmişəm"

15:00

Okan Buruk hakimə bu sözü dediyi üçün qovulub? - Özü açıqladı

14:07

"Müəyyən şeyləri ictimaiyyət qarşısında deyə bilmərəm" - "İnter"in baş məşqçisi

13:49

Virts "Bayern Münhen"ə keçir?

13:14

Caka ilə bağlı araşdırma başladıldı - SƏBƏB

12:41

Bakıda taekvondo üzrə ölkə çempionatı keçiriləcək

12:20

"Arsenal" üçün kabus: 1225 gün sonra eyni aqibəti yaşadı

11:53

Günün oyunları bu kanallarda - AFİŞA

11:17

2-ci Liqa: Lider ev sınağına çıxır, mərkəzi oyun Şamaxıda olacaq

10:41

"Sabahın Ulduzları": Finalda "Qarabağ" ilə "Sabah" qarşılaşacaq - FOTOLAR

10:00

"Bu toplanışa dəvət alacağımı daha çox gözləyirdim" - İsmayıl İbrahimli

09:38

MPL: Azər Bağırovla Cavid Hüseynov sabiq komandalarına qarşı

09:24

"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev müharibə veteranları ilə görüşüb

09:00

"Milli haqqında artıq-əskik danışmaq düzgün olmaz" - Qismət Alıyev

02:22

Super Liqa: "Trabzonspor" "Qalatasaray"ı əliboş yola saldı

01:54

La Liqa: "Barselona" səfərdən 3 xalla dönür

01:34

Liqa 1: "Tuluza" 3 xalı 3 qolla qazandı

01:18

A Seriyası: Turun mərkəzi matçında qalib müəyyənləşmədi

00:53

Bundesliqa: "Dortmund"dan minimal hesablı qələbə

00:41

Premyer Liqa: "Arsenal" darmadağına uğradı

19 Sentyabr 2026
23:57

Milli komandamızın müdafiəçisi Türkiyədə gözlənilməz qərarla üz-üzə qaldı

23:26

Valdas Dambrauskas "İmişli" ilə matçdan sonra nə danışdı?

23:15

Fərid Namazov: "Fasilədən maksimum yararlanmağa çalışacağıq"

22:44

"Beşiktaş"da şok zədə

Facebookdan bizi izləməyi unutmayın.
X