
"Çelsi" müdafiə xəttini kiminlə gücləndirəcəyini müəyyənləşdirib.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, London klubu Maksens Lakruanı heyətinə cəlb etməyə hazırlaşır.
Fransalı mərkəz müdafiəçisinin transferi ilə bağlı "Kristal Pelas"la razılıq əldə edib.
"Qartallar"a 60 milyon avro ödəməyə hazırlaşan "Mavilər" 26 yaşlı müdafiəçini heyətinə qatmağa çox yaxındır.
Lakruanın bu gün tibbi müayinədən keçməsi, ardınca isə "Çelsi" ilə 2032-ci ilə qədər nəzərdə tutulan müqaviləni imzalaması gözlənilir.
Qeyd edək ki, transferin rəsmi elanının tibbi müayinələrdən sonra baş tutacağı gözlənilir.
Əlisahib İbrahimli