
Arda Gülər "Real Madrid"dən ayrıla bilər.
Fanat.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə ispaniyalı jurnalist İnyaki Anqulo yazıb.
Onun fikrincə, "Kral klubu" əvvəl "Leyptsiq" forması geyinən və Fildişi Sahili ilə DÇ-2026-da məşhurlaşlan 19 yaşlı Yan Diomandeni 100 milyon avroya transfer edib və bu səbəbdən Arda Gülər ilə Endrik komandanı tərk edə bilər.
Qeyd edək ki, Arda Gülər bu mövsüm İspaniya təmsilçisinin heyətində 51 matça çıxıb. O bu görüşlərdə 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli