
İngiltərə millisinin üzvü Con Stounz karyerasını İtaliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "İnter" onunla müqavilə imzaladığını rəsmən açıqlayıb.

"Mançester Siti"nin keçmiş oyunçusu ilə müqavilənin müddəti 2028-ci ilə qədərdir. Bu, Stounzun Böyük Britaniyadan kənara ilk transferidir.
32 yaşlı ingilis oyunçu "nerazzurri"yə azad agent kimi qoşulub.
Stounz əvvəllər "Mançester Siti", "Everton" və "Barnsli"də oynayıb.