
"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi 66 yaşında dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
O, ciyərində keçirdiyi əməliyyatdan sonra ağır xəstəliklə mübarizə aparırdı.
Klubun açıqlamasında Barezinin ölümünün böyük itki olduğu vurğulanıb: "Milan"ın tarixi göz yaşı tökür. Franko Barezinin aramızdan ayrılması bizi dərin kədərə qərq edib. Onun örnək duruşu və klubumuza təsiri, əfsanəvi 6 nömrəsi kimi, "qırmızı qaralar"ın ayrılmaz hissəsi olaraq əbədi yaşayacaq. Franko Barezinin ailəsinə dərin hüznlə başsağlığı veririk. Bu acını hər bir "rossoneri" azarkeşi bölüşür".
Barezi bütün peşəkar karyerasını 1978-1997-ci illərdə çıxış etdiyi İtaliya klubunda keçirib. O, bu müddətdə 719 matçda iştirak edib, 6 dəfə ölkə çempionu olub, 3 dəfə Avropa Çempionları Kubokunu (UEFA Çempionlar Liqası) və 2 dəfə Qitələrarası Kuboku qazanıb, həmçinin əfsanəvi müdafiəçi 15 il komandanın kapitanı olub. Karyerasını başa vurduqdan sonra onun geyindiyi 6 nömrəli forma tədavüldən çıxarılıb.
İtaliya millisinin heyətində 81 oyun keçirən sabiq müdafiəçi 1982-ci ildə dünya çempionu olub.
Əlisahib İbrahimli