
"Real Madrid"in yarımmüdafiəçisi Franko Mastantuono yeni mövsümə ağ futbolkada başlamayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
"Real" bu yay gənc istedadı icarəyə verməyə hazırlaşır. Bu həftənin əvvəlində klub və futbolçunun təmsilçiləri arasında keçirilən görüşdən sonra tərəflər razılığa gəliblər ki, müvəqqəti ayrılıq onun inkişafı üçün ən yaxşı addım olacaq.
Argentinalı gənc üçün keçmiş klubu "River Pleyt"ə qayıtmaq bir müddət cəlbedici bir seçim kimi gündəmə gəlmişdi. Lakin "Real" onun inkişafını Avropada qalmasını istəyərək Cənubi Amerikaya qayıtmaqla bağlı hər hansı bir keçidi qəti şəkildə imtina etdi. İngiltərə Premyer Liqasına transfer variantının da tamamilə gündəmdən çıxması ilə A Seriyası mümkün varianta çevrilib.
18 yaşlı futbolçunun həm də İtaliya pasportuna sahib olması onun keçidini potensial maraqlı tərəflər üçün olduqca cəlbedici edir.
Məlumata görə, "Fiorentina" artıq mümkün icarə müqaviləsi ilə bağlı "Real Madrid"lə rəsmi əlaqə saxlayıb. Bununla yanaşı, əvvəllər argentinalı futbolçuya maraq göstərmiş "Napoli" və "Milan" klubları da vəziyyəti yaxından izləyirlər.
Əlisahib İbrahimli