
"Real Madrid" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin transferi ilə bağlı danışıqları dayandırıb.
Fanat.Az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, İspaniya təmsilçisi əsas diqqətini "Leyptsiq"in futbolçusu Yan Diomandenin transferini tamamlamağa yönəldib.
"Kral klubu" gənc hücumçunun keçidini bitirdikdən sonra Rodri məsələsinə yenidən qayıtmağı planlaşdırır.
Madrid təmsilçisi Rodri haqda hələ də tam qərar verməyib. Klub rəhbərliyi ispaniyalı futbolçunun komandaya uyğun ola biləcəyini düşünür və danışıqların isə daha sonra davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Rodri 2025/2026-cı illər mövsümündə "Mançester Siti"nin heyətində ümumilikdə 33 matça çıxıb və 2 qol ilə yadda qalıb.
Əlisahib İbrahimli