
“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.
“Qırmızı-qaralar” Bolqarıstan “Beroye”sinin qapıçısı Artur Mottanı 1 illik icarəyə götürüb.
24 yaşlı braziliyalı qolkiper 2024-cü ildən sözügedən komandada çıxış edib. O, buna qədər Braziliyanın “Fortaleza”, “Quarani” və “Sao Kaetano” komandalarının da formasını geyinib.