
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən mərhələ çərçivəsində bu gün daha iki oyun baş tutacaq.
Günün ilk qarşılaşması Norveçdə baş tutacaq. "Brann" Kipr "Apollon"unu qonaq edəcək. Digər oyunda isə "Panatinaikos" ilə "ÇSKA 1948" Yunanıstanda üz-üzə gələcəklər.
KL-də 3-cü təsnifat mərhələsinin qalan ilk oyunları sabah keçiriləcək.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
5 avqust
21:00. Brann (Norveç) - Apollon (Kipr)
22:30. Panatinaikos (Yunanıstan) – ÇSKA 1948 (Bolqarıstan)