
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, cavab oyunları çərçivəsində bu gün daha 3 görüş baş tutacaq.
"Rapid" səfərdə üstələdiyi Andorra təmsilçisi ilə ev oyununda da favoritdirsə, Leandro Andradeli "Polesye"ni "Kopenhagen"lə çətin oyun gözləyir.
Qeyd edək ki, Azərbaycanı bu turnirdə təmsil edən "Neftçi" ilə "Zirə" sabah imtahan verəcəklər. Hər iki komanda ilk oyunda rəqibinə uduzub. "Zirə" səfərdə Estoniya "Payde"sinə 0:1 hesabı ilə yenilibsə, "Neftçi" evdə Belarus təmsilçisi "Dinamo Minsk"lə bacarmayıb (2:4). Başqa sözlə, təmsilçilərimiz sabah revanş matçına çıxacaqlar.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
29 iyul
18:30. Dukagini (Kosovo) - Luqano (İsveçrə) (ilk oyun - 0:1)
21:00. Kopenhagen (Danimarka) - Polesye (Ukrayna) (ilk oyun - 3:3)
22:30. Rapid (Avstriya) - Santa Koloma (Andorra) (ilk oyun - 3:1)