
"Arsenal" "Nyukasl"dan braziliyalı Bruno Gimarayeşi heyətinə qatdığını elan edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "topçular"ın mətbuat xidməti yayıb.
Bu yarımmüdafiəçi London klubunun yay transfer pəncərəsi dövründəki növbəti yeni transferi olub.
Son İngiltərə Premyer Liqa çempionu rəsmi açıqlamasında 28 yaşlı Gimarayeşin bu şənbə günü kluba qoşulduğunu təsdiqləyib.
Futbolçunun "sağsağanlar"dan ayrılmaq istəyini bildirməsindən və bununla da çoxillik fəaliyyətinə son qoymasından təxminən bir ay keçib.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm "Nyukasl"ın heyətində 41 matça çıxaraq, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli