
İspaniya millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Serxi Roberto karyerasını MLS-də davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 34 yaşlı futbolçu "Los-Anceles Qalaksi"ylə anlaşıb.
Məlumatı ABŞ klubunun mətbuat xidmət yayıb. O, yeni klubuna azad agent statusunda keçib. Robertonun son iş yeri İtaliya "Komo"su olub.
Təcrübəli futbolçu 15 il "Barselona"da çıxış edib. O, Kataloniya klubunda 351 oyuna çıxıb, 19 qol vurub. Yarımmüdafiəçi 6 İspaniya Kuboku, 7 La Liqa, 3 İspaniya Superkuboku, 2 Çempionlar Liqası, həmçinin Klublararası Dünya Kuboku və UEFA Superkubokunu qazanıb.