
İtaliyanın "Kalyari" klubu "Atalanta"nın futbolçusu Daniel Maldinini icarəyə götürüb.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
24 yaşlı yarımmüdafiəçi 2027-ci ilin yayında qədər yeni komandasında özünü göstərəcək.
Maldini "Milan"ın yetirməsidir. 2022-ci ildə "qırmızı-qaralar"dan ayrılan oyunçu daha öncə icarə əsasında ölkəsində "Spetsiya", "Empoli" və "Montsa" komandalarında çıxış edib.
Qeyd edək ki, Daniel "Milan"ın əfsanəsi Paulo Maldininin oğludur.
Əlisahib İbrahimli