
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşləri start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da bu gün həlledici qarşılaşmaya çıxıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv ötən həftə səfərdə 1:2 hesabı ilə uduzduğu Danimarkanın "Orhus" komandasını 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Matçdan sonra keçirilən mətbuat konfransında rəqib komandanın baş məşqçisi Yakob Poulsen jurnalistlərin suallarını cavablandırıb:
-İkinci hissədə nə baş verdi?
“O baş verdiki biz topu "Sabah"a təvil verdik. Onlarda bizi cəzalandırdılar.”
-İlk qol barədə nə deyə bilərsiniz?
“İlk yarıda yaxşı müdafiə olunduq, lakin sonradan böyük qüsurlara yol verdik”.
-Rəqib "Benfika"dır növbəti mərhələyə yüksəlmə şansınız varmı?
“Benfika güclü rəqibdir, biz futbol oynayırıq hər şey ola bilər”.
-Rasmus ilk 11-də başlamışdı səbəbi nə idi?
“Həm hücum, həm də müdafiə baxımından yaxşı oynayır və inamlı oyunçudur”.
-Oyundan əvvəl “Sabah”ın 1 hissədə 4 qol vuracağın desələr necə qəbul edərdiniz?
"Əlbəttə bir hissədə 4 qol buraxmağı gözləmirdik və qüsurlara yol verdik. “Sabah” növbəti mərhələyə yüksəlməyə layiq idi.
-İki oyunun nəticəsində ”Sabah”dan hansı futbolçunu istərdiniz?
“Güclü futbolçular çoxdur və tək-tək adlar çəkə bilmərəm, lakin 13 nömrəni (red.Lepinitsa) fərqləndirərdim”.
Əlisahib İbrahimli