
Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" da bu gün həlledici qarşılaşmaya çıxıb.
Fanat.Az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv ötən həftə səfərdə 1:2 hesabı ilə uduzduğu Danimarkanın "Orhus" komandasını 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Matçdan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:
“Bütün Azərbaycan azarkeşlərini, “Sabah” azarkeşlərini, rəhbərliyi burada olan hər kəsi təbrik edirəm. Oyunçularımı təbrik edirəm. Qalibiyyətə hər biriniz payı var. İlk oyundakı məğlubiyyət bizə dərs verdi. Səhvləri kim düzəldib düzgün icra etsə idi, o qalib gələcəkdi. Düzgün göstərişləri yerinə yetirən komanda qələbə qazandı. Qapıçımız çox yaxşı iştirak etdi. Oyunun başından sonuna kimi dominant tərəf biz idik. Rəqib Danimarkadan fərqli olaraq daha çox təzyiq göstərirdi. Birinci qol psixoloji cəhətdən önəmli idi. O topdan sonra demək olar ki, bütün qollar ard-arda gəldi. Şənbə günü olan oyuna da hazırlaşacıyıq. Bu günkü qələbədən xoşbəxtəm”.
-Hansı komandanı özünə rəqib görmək istəyər? “Srvena Zvezda”, yoxsa “Hapoel”?
“Mən hal-hazırda bunu müzakirə etmək istəmirəm. Çünki bilmirəm hansı daha yaxşı olardı. “Kəpəz” oyununa hazırlaşacıyıq və çətin bir matç bizi gözləyir. Fərqli emosiyalar olacaq. Sadəcə “Kəpəz”i düşünürəm.
-Sabah öz meydanında rəqibə qol imkanı vermir bunun xüsusi bir sirri varmı?
“Həmişə dominant oyun oynamağı hədəfləyirik. Qol atdıqca dayanmaq istəmirik. Rəqiblərimiz çox müdafiə olunurdular, lakin ilk qollardan sonra qarşı komanda boşluqlar verdi. Bəzən əlinə düşən bütün fürsətlərdən yararlana bilmirsən, bunlar qol olsa mən çox xoşbəxt bir baş məşqçi olaram”.
-“Sabah” uzun bir mövsüm başlayır, əlavə qapıçı transfer etmək fikriniz varmı?
“Mən sonuncu dəfə yoxlayarkən, heyətdə 4 qapıçı var idi. Qapıçılarımız çox istedadlı qolkiperlərdir. Hələki bütün oyunçularımızı dəyərləndirməmişik. Ona görə də, transfer barədə nəsə demək tez olar. Heyətdəki oyunçular verilən tapşırıqları yerinə yetirməyə hazırdırlar”.
- Liqa mərhələsində hansı stadionda oynayamağı düşünürsünüz?
“Bu daha çox rəhbərliyə veriləcək sualdır. Bəzi tələblər və qayda-qanunlar var və bu tələblərə görə artıq Masazırda oynaya bilməyəcəyik”.
-Embina oyunu tərk edəndən sonra Mikels sol cinahdan sivri hücuma keçdi və ondan sonra qol töhfəsi də verdi, onu bu mövqedə oynatmağı düşünürsünüzmü?
“Əlbəttə ki, Mikelsin iki mövqedə oynaması bizim üçün yararlıdır. Mən də bu universallığa görə xoşbəxtəm. İlk oyuna baxdıqda və cavab matçında qələbə qazanmaq istəyiriksə boşluqlar yaratmağa çalışmalıyıq. Bu gün biz rəqibdən daha çox təzyiq gözləyirdik, lakin geriyə çəkildikdə boşluqlar vermirdilər. Mikels isə vinger mövqeyində boşluqlar yaratmağa çalışırdı və bunu bacardıq. İlk qoldan sonra isə rəqib oyundan düşdü. Daha çox epizodlar yarada bildik. Bütün oyunçularımızdan razıyam. Embila da öz işini yaxşı gördü. Komandamdan məmnunam. Konsentrasiyanı sona kimi saxlamaq lazımdır və biz bunu bacardıq.”
-Xander Severina sol ayağı ilə dəfələrlə zərbə çəkdi. Onun hər iki ayağı işləkdir. Bu sizin tapşırığınız idi?
“Yüksək səviyyəli oyunçular həmişə nə etdiklərini bilirlər. Severinaya qapıya daha çox zərbələr çəkməsini söyləmişdim və o bunu bacardı.”
-Qələbəni haradasa qeyd etməyi düşünür?
“Siz məni hansısa məkanda qeyd etdiyimi görmüsünüz? Mənim fikrim sadəcə digər matçlardadır onları analiz etməliyəm.”
Əlisahib İbrahimli