
Misli Premyer Liqasının ilk turunda "Sabah"la qarşılaşacaq "Kəpəz" oyuna bir itki ilə çıxacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qərb təmsilçisi çempionla səfər matçında Rəhman Hacıyevin xidmətindən yararlana bilməyəcək.
Yarımmüdafiəçi zədəsini sağaltsa da, böyük ehtimalla, bugünkü matçda oynamayacaq. Həkimlər onun sağlamlığını riskə atmaq istəmirlər.
“Sabah” – “Kəpəz” oyunu bu gün Masazırda baş tutacaq. “Bank Respublika Arena” keçiriləcək matçın start fiti saat 20:45-də səsləndiriləcək.
Mirağa