
Macarıstan Yüksək Liqasının 4-cü turu çərçivəsində keçirilən "Niredxaza" – "Kişvarda" qarşılaşmasında millimizin yarımmüdafiəçisi Anatoli Nuriyev diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, səfərdə oynayan "Kişvarda" gərgin keçən qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Matçın ilk hissəsini 1:0 geridə bitirən qonaqlar ikinci yarıda hesabı bərabərləşdirmək üçün təzyiqi artırıblar. Qarşılaşmanın 82-ci dəqiqəsində M. Matanoviçin ötürməsini dəqiq zərbə ilə tamamlayan Anatoli Nuriyev hesaba tarazlıq gətirib – 1:1.
Ancaq Nuriyevin bu vacib qolu "Kişvarda"ya xal qazanmaq üçün kifayət etməyib. Ev sahibləri matçın uzatma dəqiqələrində – 90+1-ci dəqiqədə M. Kvasina vasitəsilə növbəti qolu vuraraq 2:1 hesablı qələbəni rəsmiləşdiriblər.
Kamil Xudiyev