
Dünən Türkiyə Super Liqasında 1-ci turun daha bir sıra oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, “Fənərbağça” səfərdə “Gənclərbirliyi”nə uduzub.
İstanbul klubunun baş məşqçisi İsmayıl Kartal məğlubiyyətdən sonra "beIN SPORTS"-a danışıb:
Kartalın fikirləri belədir:
"Əslində, müzakirə ediləcək çox şey yoxdur. Bu, komandanın əsl siması deyil. Yüksək əhəmiyyət kəsb edən oyunlarda ortaya qoyulan mübarizə və oyun keyfiyyəti göz qabağındadır. İlk qolu öz səhvimiz ucbatından buraxdıq. Belə hallar baş verə bilər. İkinci və ya üçüncü dəfə fərqlənmək üçün daha yaxşı futbol oynamalı idik, lakin hücumda istədiyimiz səmərəni əldə edə bilmədik. İkinci qolu isə qəfil yaxalandığımız anda buraxdıq. Rəqibin iştahı artdı və onlar daha əzmlə mübarizə aparmağa başladılar. Bu, təbii və normal haldır. Məşqçilər korpusu olaraq, bu matçı uduzan tərəf bizik. Gözlənilməz hadisə oldu. Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq.
Topu itirdik və qol buraxdıq. İkinci dəfə isə bir oyunçu mərkəz müdafiəçilərimizin arasına sızaraq topu tora qovuşdurdu. Əlbəttə ki, belə bir şeyi gözləmirdik. Kədərliyik. Azarkeşlərimizdən üzr istəyirik."
Əlisahib İbrahimli