
Şotlandiya milli komandasında yeni baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az yerli federasiyanın saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi postuna Sebastyan Pokonyoli təyin olunub.
39 yaşlı belçikalı mütəxəssis iki illik müqaviləyə imza atıb. O, komandaya qarşıdan gələn UEFA Millətlər Liqasında rəhbərlik edəcək .
Pokonyoli baş məşqçi kimi ilk mövsümündə - 2024/25-də "Union Sent Jillua" komandasını Belçika çempionluğuna - klubun 90 ildən sonra ilk qalibiyyətinə daşıyıb. Daha sonra o, sözügedən komandanı tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb, üstəlik Belçika Super Kubokunu qazanıb. 2025-ci ildə Belçikanın "İlin məşqçisi" seçildikdən sonra Pokonyoli "Monako"nu çalışdırmağa başlayıb və bu yaya qədər orada qalıb.
Şotlandiyanın Millətlər Liqasının B Divizionundakı rəqibləri İsveçrə, Sloveniya və Şimali Makedoniyadır. İlk oyun Sloveniyaya qarşı 26 sentyabrda keçiriləcək.
Mirağa