
“Barselona”nın sabiq futbolçusu Serxio Buskets Kataloniya klubuna qayıdıb.
Fanat.Az xəbər verir ki, informasiyanı La Liqa nəhənginin mətbuat xidməti yayıb.
İspaniyalı gənc mütəxəssis klubun ikinci komandasının məşqçilər heyətinə qoşulub. Buskets Juliano Bellettinin rəhbərlik etdiyi komandada texniki köməkçi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, Buskets “Barselona”nın heyətində 15 mövsüm çıxış etdikdən sonra “İnter Mayami”yə keçib və futbolçu karyerasını ABŞ klubunda bitirib. O, ümumilikdə karyerasında 35 titul qazanıb.
Buskets həmçinin, 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub.
Əlisahib İbrahimli