
Mövsümə "Qəbələ" üzərində minimal hesablı qələbə (1:0) ilə başlayan "Turan Tovuz" doğma meydanda itki ilə üzləşmişdi. Rəqib müdafiəçisi Natan Monzanqonun arxadan müdaxiləsi nəticəsində qabıqğasından zədə alan və erkən əvəzlənən braziliyalı hücumçu Jo Batistanın durumuna aydınlıq gəlib.
Klubdan Fanat.Az-a verilən məlumata görə, 31 yaşlı futbolçunun ciddilik dərəcəsi ətraflı tibbi müayinədən sonra məlum olub.
Jonun durumu ciddi deyil. O, növbəti turun hazırlığında iştirak edə, məşqçilər korpusu məsləhət görəcəyi halda, meydana çıxa biləcək.
Qeyd edək ki, Jo Batista ilk yarının son dəqiqələrində xəsarət almış və 45+3-də əvəzlənərək yerini Stiv Beusnara vermişdi.
"Turan Tovuz" 2-ci turda "Şamaxı" ilə qarşılaşacaq. Yenə Tovuzda baş tutacaq görüş avqustun 23-də keçiriləcək. Oyunun start fiti saat 18:30-da səsləndiriləcək.
Mirağa